İdman

Azərbaycan millisi dünya reytinqində irəliləyib

5 Aprel 2020 16:19
1 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığması dünyanın 26-cı komandasıdır.

Hesabında 127 xal olan millimiz ötən reytinqlə müqayisədə irəliləyib. Bir addım irəliləyişə nail olan komandamız Meksikanı arxada qoyub. Şimali amerikalıları 1 xal qabaqlayan milli 25-ci olan Xorvatiyadan 4 xal geridədir.

Qadın komandaların siyahısında liderlər dəyişməz qalıb. Çin (391) 1-ci, ABŞ (382) 2-ci, Braziliya (328) 3-cüdür.

Kişilərdən ibarət Azərbaycan millisi isə 58-ci pillədə qalıb. Yığmamızın aktivində 101 xal var. Komandamız 57-ci olan İsraildən 4 xal geri qalır, 59-cu olan Pakistanı 1 xal qabaqlayır.

Burada da liderlər dəyişməz qalıb. Braziliya (427) 1-ci, Polşa (384) 2-ci, ABŞ (365) 3-cüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.