İdman

“Almaniyada bütün klublar mövsümü davam etdirməyə razıdır”

5 Aprel 2020 14:34
0 Şərh     Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Futbol Liqası vəziyyəti nəzarətdə saxlayır. Qurumun prezidenti nümunəvi iş aparır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin rəhbəri Karl-Hayns Rummenigge deyib.

O bildirib ki, Bundesliqa klubları koronavirus pandemiyası üzündən dayandırılan mövsümü davam etdirməyə hazırdır: "Hər şey harmonik və həmrəylik şəklindədir. Belə asan olmayan vaxtda güclülərin zəiflərə dəstək verməsi çox vacibdir. Biz kiçik klublara kömək etməyə çalışırıq. Almaniyada bütün klublar hətta iyunun 30-dan sonra olsa da, mövsümü davam etdirməyə razıdır".

Qeyd edək ki, UEFA mövsümü başa çatdırmaq üçün son tarix kimi avqustun 3-nü müəyyənləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.