İdman

İngiltərə Premyer Liqası nə vaxt bərpa olunacaq?

4 Aprel 2020 08:22
0 Şərh     Baxış: 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə İngiltərə Premyer Liqası rəhbərliyi koronavirus səbəbindən təxirə salınan çempionatın nə zaman bərpa olunacağı ilə bağlı bəyanat yayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Premyer Liqanın mayın əvvəli bərpa olunmayacağı bildirilib. Qeyd olunub ki, hazırda əsas prioritet yarış iştirakçılarının və azarkeşlərin sağlamlığıdır.

Bu səbəbdən çempionatın sağlamlıq üçün təhlükəsiz şəraitdə yenidən başlanacağı vurğulanıb. Qarşılaşmaların yeni tarixinə dair qərar bütün maraqlı tərəflər, eləcə də İngiltərə hökuməti ilə məsləhətləşdikdən sonra veriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqanın aprelin 30-dan tez başlamayacağı açıqlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.