Türkiyə

Türkiyədə zəlzələ oldu

14 Oktyabr 2025 22:22
Baxış: 341
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Balıkesirin Sındırgı rayonunda afterşoklar davam edir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün saat 20:33-də bölgədə 4 bal gücündə yeni zəlzələ qeydə alınıb. AFAD-ın məlumatına görə, təkanlar yerin 9,12 kilometr dərinliyində baş verib.

Hadisə zamanı sakinlər qısa müddətli panika yaşayıb, amma hər hansı ciddi zərər barədə məlumat verilməyib.

Xatırladaq ki, 10 avqustda Sındırqıda 6,1 bal gücündə güclü zəlzələ baş vermiş, ətraf vilayətlərdə də hiss olunmuşdu. Həmin zəlzələdə 1 nəfər həyatını itirmiş, 29 nəfər xəsarət almışdı.

Rəsmi açıqlamalara görə:

675-i yaşayış evi, 70-i iş yeri, 86-sı təsərrüfat sahəsi olmaqla, ümumilikdə 831 obyekt ciddi zərər görüb və ya tamamilə dağılıb.

Hazırda bölgədə afterşoklar davam edir və sakinlər ehtiyatlı olmağa çağırılır.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.