İdman

Tofiq Musayevin məşhur turnirdəki döyüşü ləğv olundu

3 Aprel 2020 16:04
0 Şərh     Baxış: 1 413
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

MMA idmançımız Tofiq Musayevin döyüşü ləğv olunub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rayzin Döyüş Federasiyasının rəhbəri Nobuyuki Sakakibara "Twitter" hesabı vasitəsilə məlumat verib.

O bildirib ki, aprelin 19-da Yaponiyanın Yokohama şəhərində keçirilməli olan "Rizin 22" döyüş gecəsi koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Qeyd edək ki, Tofiq Musayev həmin döyüş gecəsində "Killer" ləqəbli braziliyalı Luiz Qustavo Feliks dos Santosla qarşılaşmalı idi.

Onu da bildirək ki, son məlumata görə, Yaponiyada 2617 nəfər koronavirusa yoluxub. Onlardan 63-ü ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.