İdman

İtaliyalı futbolçu koronavirusdan sağaldı

1 Aprel 2020 16:05
0 Şərh     Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sampdoria"nın futbolçusu Manolo Qabbyadini bir müddət öncə yoluxduğu koronavirus xəstəliyinə qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə italiyalı hücumçu yerli mətbuata açıqlamasında bildirib.

29 yaşlı forvardın sözlərinə görə, xəstəliyi yüngül formada keçirib: "Birinci gün hərarətim oldu, növbəti beş gündə isə xoşagəlməz öskürək var idi. Bu müddəti evdə keçirdim. Hər gün həkimlərlə danışırdım. Sonuncu testin nəticəsi mənfi çıxdı. Amma qaydalara görə, xəstəliyə qalib gəldiyimə tam əmin olmaq üçün daha bir sutka gözləməli, bundan sonra isə növbəti dəfə analiz verməliyəm".

Qeyd edək ki, Manolo Qabbyadini "Sampdoria"da koronavirusa yoluxan ilk futbolçu olub. Ondan sonra daha 6 komanda yoldaşında virusun simptomları aşkarlanıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.