İdman

Essyen müqaviləsi bitdikdən sonra Azərbaycanda qala bilər

29 Mart 2020 17:50
0 Şərh     Baxış: 1 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Səbail"in futbolçusu Maykl Essyen Azərbaycanda qala bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, müqavilə müddəti mövsümün sonuna qədər olan yarımmüdafiəçi karyerasını başa vurub, məşqçiliyə başlayacaq.

"Səbail" rəhbərliyi isə 38 yaşlı ulduz futbolçunun məşqçi kimi ilk addımlarını məhz bu klubda atmasını istəyir. Bu üzdən Bakı təmsilçisi hazırda U-19 komandasının köməkçi-məşqçisi olan Essyenə baş məşqçilik təklif edib. Tərəflər arasında razılıq əldə edilərsə, Essyen gələn mövsümdən U-19-un baş məşqçisi, həmçinin əsas komandanın köməkçi-məşqçisi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Maykl Essyen "Səbail"ə ötən il İndoneziya klubu "Persib Bandunq"dan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.