İdman

"Bavariya"nın futbolçusu koronavirusdan əziyyət çəkənlərə 1 milyon avro ayırıb

22 Mart 2020 10:34
0 Şərh     Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Bavariya" və Polşa yığmasının hücumçusu Robert Levandovski koronavirusdan əziyyət çəkənlərə 1 milyon avro köçürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl Levandovskinin həmkarları Leon Qoreska və Yozua Kimmix koronavirus pandemiyası ilə mübarizə üçün eyni məbləğ ayırıblar.

"Biz hamımız yaranmış vəziyyətdən xəbərdarıq. Bu gün hamı bir komandada oynayır. Güclü olmaq lazımdır, əgər biz kiməsə kömək edə biliriksə, bunu mütləq etmək lazımdır", - 31 yaşli Levandovski deyib.

Robert Levandovski "Bavariya"nın heyətində beş dəfə Almaniya çempionu olub, iki dəfə ölkə kubokunu və üç dəfə Superkubokunu qazanıb. Oyunçu "Bavariya"ya heyətində iki dəfə Almaniya çempionu olduğu Dortmundun "Borussiya" klubundan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.