İdman

"Azərbaycanda futbola böyük diqqət ayırırlar" - Yuri Syomin

18 Mart 2020 19:14
2 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lokomotiv" (Moskva) klubunun baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, o, Azərbaycanda da keçiriləcək Avropa çempionatı barəsində danışıb:

"Bakıda möhtəşəm Olimpiya Stadionu var. Azərbaycanlılar  qonaqpərvər millətdir. Orada baş tutan bütün idman tədbirləri həmişə yaxşı keçirilib. Buna görə də Azərbaycan futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi ölkələr siyahısına daxil olub. Mən orada işləyəndə futbola çox böyük diqqət ayırırdılar. Klublar yaxşı sponsorlara malik olmalıdırlar. Bu, futbolun inkişafına da kömək olacaq. O zaman Azərbaycan millisi də uğurlu çıxış edəcək".

Qeyd edək ki, Syomin 2013-14-cü illərdə "Qəbələ" komandasının baş məşqçisi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.