İdman

Atçılıq Federasiyası koronavirusla əlaqədar bütün tədbirləri təxirə saldı

17 Mart 2020 20:52
0 Şərh     Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) martın 18-də keçirilməsi planlaşdırılan bütün tədbirlərin bir ay müddətində təxirə salınması barədə qərar qəbul edib.

ARAF-dan Milli.Az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunduğu nəzərə alınaraq, ölkəmizdə infeksiyanın maksimum səviyyədə qarşısının alınması, virusun aşkarlandığı şəxslərin xüsusi nəzarətdə saxlanılması və məlumatların ictimaiyyətə düzgün çatdırılmasını təmin etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.

Operativ Qərargahın verdiyi məlumata əsasən ölkədə kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri müvəqqəti olaraq təxirə salınıb. Bu müddətdə iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.