İdman

La Liqa yarımçıq dayandırılır - Prezidentdən açıqlama

16 Mart 2020 16:14
0 Şərh     Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

La Liqanın prezidenti Xavyer Tebas bəyan edib ki, böyük ehtimalla çempionat yarımçıq dayandırlacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o bildirib ki, oyunların bərpa olunması ehtimalı çox azdır:

"İstirahət günlər mən Avropa təçkilatları, ispan klublarının prezidentləri ilə telefonla danışdım, videoəlaqə qurdum. Vacib bir həftə başlayır. Hər şey ona doğru gedir ki, biz mövsümü başa vurmayacağıq və oyunları keçirməyəcəyik. Bu həftə Avropada mühüm qərarlar verilə bilər.

Həmçinin mən digər liqaların prezidentləri ilə də əlaqə saxlayıram. Biz problemin həlli üçün çalışırıq. Koronavirus həyat məsələsidir. Bunun üçün həkimlər var. Biz isə yaxın vaxtlarda yaranacaq iqtisadi problemlərin həlli ilə məşğuluq. Bu mövsüm üçün cəmi 25 faiz oyun qalıb. Bu halda büdcəyə yenidən baxmalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.