İdman

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun birinci günü start götürüb - FOTO

12 Mart 2020 13:15
Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun birinci günü start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışdan əvvəl Azərbaycan dövlət himni səsləndirilib.

Yarışın ilk günündə kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollarda və halqalarda hərəkətlər üzrə təsnifat yarışları baş tutacaq. Qadınlar dayaqlı tullanmada və müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə finalçıları müəyyənləşdirəcək.

Azərbaycanı Dünya kubokunda Murad Ağarzayev, Marina Nekrasova, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Samirə Qəhrəmanova və Cavidan Babayev təmsil edir.

Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakterli bu Kubok 12-15 mart tarixlərində təşkil ediləcək. Turnirdə 42 ölkədən 158 idmançı iştirak edəcək.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.