Koronavirusun İspaniyada yayılması La Liqaya da təsirsiz ötüşməyib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, La Liqa və Sequndada oyunların iki həftə ərzində azarkeşsiz keçirilməsinə qərar verilib. La Liqa rəhbərliyi koronavirusun daha da yayılmasının qarşısını almaq üçün bu addımı atıb.
Beləliklə, La Liqada 28 və 29, Sequndada isə 32 və 33-cü turlara azarkeşlər buraxılmayacaq.
Milli.Az