İdman

75 yaşında qol vurdu

10 Mart 2020 13:44
0 Şərh     Baxış: 1 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misirin "6th October" klubunda çıxış edən Ezz El-Din Bahader tarixi rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 75 yaşlı futbolçu Misirin 3-ci liqasında "Genius"la matçda (1:1) zədəli olmasına baxmayaraq, 90 dəqiqə meydanda olub və penaltidən qol vurub. Bununla da o, qol vuran ən yaşlı peşəkar futbolçu olub.

4 övladı və 6 nəvəsi olan Bahader daha 1 matçda 90 dəqiqə oynayarsa, israilli İsaak Hayikə məxsus olan ən yaxşı futbolçu rekordunu yeniləyəcək və "Ginnesin rekordlar kitabı"na düşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.