İdman

Van Persi məşqçiliyə başlayır

6 Mart 2020 18:54
0 Şərh     Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderland milli komandasının keçmiş futbolçusu Robin van Persi məşqçiliyə başlayır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sabiq forvard "Feyenoord" klubunda məşqçilik edəcək. Bu barədə Niderland mətbuatı məlumat yayıb. Van Persinin "Feyenoord"da hücumçularla iş üzrə məşqçi olacağı bildirilir.

Robin məhz "Feyenoord"un yetirməsidir. Lakin o, daha çox İngiltərənin "Arsenal" (2004-2012) və "Mançester Yunayted" (2012-2015) klublarındakı çıxışı ilə tanınıb. Van Persi İngiltərə Premyer Liqasında "Mançester Yunayted"lə bir dəfə çempionluq sevinci yaşayıbsa, iki mövsüm də bombardir olub. "Uçan hollandiyalı" ləqəbini almış futbolçu 2015-2018-ci illər aralığında Türkiyənin "Fənərbağça" klubunda forma geyinib. O, qardaş ölkədə 87 oyuna çıxıb, 36 qol vurub.

Van Persi Niderland millisində 102 oyunda iştirak edib və 50 qola sevinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.