İdman

UEFA yeni turnir təşkil edə bilər - Yay Çempionlar Liqası

5 Mart 2020 18:39
0 Şərh     Baxış: 1 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA yeni turnir təşkil edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA və ABŞ-ın "Relevent Sport" şirkəti 2021-ci ilin yayında klublar arasında yeni böyük turnir keçirməklə bağlı danışıqlar aparır.

Bildirilib ki, 2013-cü ildən keçirilən Beynəlxalq Çempionlar Kubokunun əsasında Yay Çempionlar Liqası təşkil edilə bilər. UEFA rəhbərliyi yeni turnirə rəsmi status və yarış xarakteri verməyi düşünür. Turnirdə təsnifat, qrup və "pley-off" mərhələlərinin keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, yarışın layihəsi artıq İngiltərə Premyer Liqasının bir sıra klubuna təqdim olunub. "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul" və "Tottenhem"in artıq bu turnirə razılıq verdiyi bildirilib. Sözügedən klublar yarışda iştiraka görə istədikləri məbləği də açıqlayıblar.

Xatırladaq  ki, "Relevent Sport" Beynəlxalq Çempionlar Kubokunun təşkilatçısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.