İdman

"Turan Tovuz" - MOİK oyunu təxirə salındı

3 Mart 2020 18:45
0 Şərh     Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan birinci divizionun 18-cu turunda martın 6-ı keçirilməli plan "Turan Tovuz" - MOİK oyunu təxirə salınıb.

Milli.Az PFL-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb.

Buna görə də MOİK klubunun rəhbərliyi bu gün Peşəkar Futbol Liqasına müraciət edərək, 6 mart 2020-ci ildə keçirilməli olan "Turan Tovuz" - MOİK görüşünün təxirə salınmasını xahiş edib. PFL rəhbərliyi müraciəti rəhbər tutaraq, qeyd olunan oyunu təxirə salıb.

Görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.