İdman

"Liverpul"un ulduzu Almaniya nəhənginin hədəfində

28 Fevral 2020 17:54
0 Şərh     Baxış: 1 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul"un hücumçusu Roberto Firmino karyerasını Almaniyada davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Braziliyalının "Bavariya"nın transfer hədəfində olduğu bildirilir. Münhen təmsilçisi yay transfer pəncərəsində hücum xəttini yeniləmək niyyətindədir. Artıq klub rəhbərliyinin 28 yaşlı futbolçu üçün qarşı tərəfə 75 milyon avro təklif etdiyi yazılıb.

Qeyd edək ki, Firmino bu mövsüm komandası ilə keçirdiyi 36 matçda 10 qol vurub və 12 məhsuldar ötürmə edib edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.