İdman

“Bu, bizim üçün yaxşı nəticədir” - Kike Setyen

26 Fevral 2020 16:14
0 Şərh     Baxış: 1 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Napoli" ilə 1:1 hesablı bərabərliyə razılaşan "Barselona"nın baş məşqçisi Kike Setyen açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis, katalonların oyunu ilə bağlı bunları deyib:

"Bu, bizim üçün yaxşı nəticədir, çünki cavab oyunu öz meydanımızda olacaq. İlk hissədə "Napoli" 10 nəfərlə müdafiə olunurdu. Kifayət qədər qol epizodu yarada bilmədiyimizlə razılaşıram. Amma bunun əzmkarlıq məsələsi olduğunu bilirdik.

Növbəti oyunda Arturo Vidalın xidmətindən istifadə edə bilməyəcəyik.

Jerar Pikenin vəziyyətinə gəlincə, onun ayaq biləyində zədəsi var. Amma vəziyyəti ilə bağlı dəqiq bir şey demək çətindir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.