İdman

"Qarabağ" Avropanın dördüncüsüdür

25 Fevral 2020 20:00
0 Şərh     Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropanın milli futbol liqalarında ən az qol buraxan komandaların siyahısı açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan çempionu "Qarabağ" da yer alıb. Qitənin ən az qol buraxan 4-cü komandası məhz Ağdam təmsilçisidir.

Qurban Qurbanovun komandası bu mövsüm ölkə çempionatında  18 turda cəmi 7 qol buraxıb. Komanda hər oyunda orta hesabla 0,39 qol buraxıb

Siyahıya Çexiyanın "Slaviya" klubu başçılıq edir. Təl-Əviv "Makkabi"si 2-ci, Yunanıstan "Olimpiakos"u 3-cüdür.

Avropa liqalarında ən az qol buraxan 5 komanda

1. "Slaviya" (Çexiya) - 0,23 (5/22)
2. "Makkabi" (Təl-Əviv, İsrail) - 0,28 (7/25)
3. "Olimpiakos" (Yunanıstan) - 0,36 (9/25)
4. "Qarabağ" (Azərbaycan) - 0,39 (7/18)
5. "Ludoqorets" (Bolqarıstan) - 0,41 (9/22)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.