İdman

"Di Mariya "Mançester Yunayted"ə nifrət edir"

25 Fevral 2020 18:30
0 Şərh     Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin qapıçısı Martsin Bulka komandanın yarımmüdafiəçisi Di Mariyanın "Mançester Yunayted"ə qarşı münasibətindən danışıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun İngiltərə təmsilçisinə nifrət etdiyini bildirib:

"Di Mariya "Mançester Yunayted"ə nifrət edir. Orada keçirdiyi müddətdə yaxşı xatirələri yoxdur. Hər dəfə onların oyununu TV-də gördükdə kanalı dəyişməyi xahiş edir".

33 yaşlı futbolçu 2014-cü ilin yayında "Real Madrid"dən "Mançester Yunayted"ə keçib. Ancaq o, bir il sonra PSJ-yə transfer olundu.

Cari mövsümdə Di Mariya PSJ üçün 35 matç keçirib və 12 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.