İdman

Rayan Giggz Qurban Qurbanovla görüşdü

24 Fevral 2020 18:19
0 Şərh     Baxış: 1 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda səfərdə olan Uels millisinin baş məşqşisi Rayan Giggz bu gün Tofiq Bəhramov adına Respublika stadionu və "Azərsun Arena"da olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, hər iki arena ilə yaxından tanış olub. Giggz ziyarət zamanı "Qarabağ"ın baş meneceri Asif Əsgərovla görüşüb. Ona Ağdam klubunun 11 nömrəli forması hədiyyə olunub.

Giggiz "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Giggiz Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarla əlaqədar Azərbaycana gəlib. Onun başçılıq etdiyi nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.

O, səfər zamanı AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.