İdman

Premyer Liqada 18-ci tura yekun vurulur

23 Fevral 2020 11:07
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutacaq.

Öncə qeyri-sabit mövsüm keçirən iki komanda - "Sabah" və "Səbail" üz-üzə gələcək.

Turun qapanış matçında isə lider "Qarabağ" "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, ilk oyun günündə "Qəbələ" evdə "Neftçi"yə 0:2 hesabıyla uduzubsa, "Keşlə" "Zirə"yə 4:0 qalib gəlib.

Azərbaycan Premyer Liqası

XVIII tur

23 fevral

"Sabah" - "Səbail"

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov.

Masazır. "Bank Respublika Arena", 16:00.

"Qarabağ" - "Sumqayıt"

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov.

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.