İdman

"Neftçi" "Qəbələ"ni, "Keşlə" "Zirə"ni uddu

22 Fevral 2020 19:09
0 Şərh     Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilir. Turun açılış oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0. Bu, "Qəbələ"nin qış fasiləsindən sonra ardıcıl 4-cü məğlubiyyətidir. Digər görüşdə isə "Keşlə" "Zirə"ni qəbul edib. Ötən tur "Qarabağ"a 0:6 hesabı ilə uduzan "Zirə" bu dəfə qapısından 4 cavabsız qol buraxıb.

 

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

22 fevral (şənbə)

17:00. "Keşlə" - "Zirə" - 4:0
Qol:
 Şahrux Qadoyev, 20, Vüsal İsgəndərli, 45, Şahrux Qadoyev, 71, Pərviz Azadov, 89
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov
"ASK Arena"
 

15:00. "Qəbələ" - "Neftçi" - 0:2
Qol: 
Anton Krivotsyuk, 8, Baqali Dabo, 14
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

23 fevral (bazar)

16:00. "Sabah" - "Səbail"
Hakimlər
: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov
"Bank Respublika Arena"

18:00. "Qarabağ" - "Sumqayıt"
Hakimlər
: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika Stadionu
 

N Klublar O Q H M T-F X
1 Qarabağ 17 11 5 1 31-7 38
2 Neftçi 18 9 6 3 28-13 33
3 Keşlə 18 8 5 5 25-17 29
4 Sumqayıt 17 6 4 7 22-24 22
5 Zirə 18 5 5 8 21-34 20
6 Sabah 17 5 4 8 19-23 19
7 Səbail 17 5 3 9 14-26 18
8 Qəbələ 18 3 4 11 18-34 13

Bombardirlər:

Stiven Monroz ("Neftçi") - 7 qol
Lorenzo Frutos ("Keşlə") - 6 qol
Peyman Babayi ("Sumqayıt") - 6 qol
Mahir Emreli ("Qarabağ") - 6 qol
Baqali Dabo ("Neftçi") - 6 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
Davit Volkov ("Zirə") - 5 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Maqaye Qeye ("Qarabağ") - 5 qol
Hendrik Ekşteyn ("Səbail") - 5 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Abdullah Zubir ("Qarabağ") - 4 qol
Xulio Sezar Rodrigez ("Sabah") - 4 qol
Nicat Süleymanov ("Zirə") - 4 qol
Əmir Ağayev ("Sumqayıt") - 4 qol
Sezar Meza Kolli ("Keşlə") - 4 qol

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.