İdman

İstanbul derbisi öncəsi hər iki klubda ciddi itkilər

17 Fevral 2020 14:10
0 Şərh     Baxış: 1 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində son çempionu "Qalatasaray" əzəli rəqibi "Fənərbağça" ilə üz-üzə gələcək. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, İstanbul klubları derbiyə ciddi itkilərlə çıxacaqlar.

"Fənərbağça"nın kapitanı Əmrə Bələzoğlu derbini zədə səbəbindən buraxmalı olacaq. O, Super Liqanın 22-ci turunun "Ankaragücü" ilə matçında (1:2) zədələnib. Bu zədə səbəbindən Əmrə, bir müddət yaşıl meydanlardan uzaq qalacaq. 39 yaşlı yarımmüdafiəçinin fevralın 23-də baş tutacaq "Qalatasaray"la qarşılaşmanı buraxacağı dəqiqdi.

Əmrənin digər komanda yoldaşı Luis Qustavo da "Qalatasaray"a qarşı oynaya bilməyəcək. Braziliyalı futbolçu isə "Ankaragücü" ilə oyunda sarı vərəqə almaqla cəzalı duruma düşüb.

"Qalatasaray" da derbi öncəsi Mario Leminanı itirib. O, "Yeni Malatyaspor"la matçda (1:0) zədələnib. Matçın sonlarında aldığı zədə səbəbindən sonadək oynaya bilməyən futbolçunun durumuna yaxın günlərdə tam aydınlıq gələcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.