İdman

Rusiya gimnastı: "Dünya Kubokunun təşkilatçılığı yüksək səviyyədədir, hər şey məni qane edir"

15 Fevral 2020 17:11
Baxış: 1 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya gimnastı Viktoriya Danilenko batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun finalında öz proqramını mürəkkəbləşdirməyi planlaşdırır.

Milli.Az bildirir ki, bunu Trend-ə gimnast özü deyib. O bildirib ki, təsnifat mərhələsində birinci kombinasiya alınmayıb: "İkinci cəhddə əvvəlki səhvləri düzəltməyə çalışdım. Bu gün elə də çox həyəcan hiss etmədim, amma hər kəsdə səhvlər olur. Finalda çalışacağam ki, nəzərdə tutulan hər şeyi yerinə yetirim, yəqin ki, proqramı çətinləşdirəcəyəm".

V.Danilenko qeyd edib ki, bu, onun Bakıya ikinci səfəridir: "Təşkilatçılıq yüksək səviyyədədir, hər şey məni qane edir".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.