İdman

Aykut Kocaman istefaya göndərildi

9 Fevral 2020 18:54
0 Şərh     Baxış: 1 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Konyaspor" baş məşqçisi Aykut Kocamanla yolları ayırıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu barədə qərar Superliqanın 21-ci turunda "Dənizlispor"la (0:0) oyundan sonra verilib. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər.

54 yaşlı mütəxəssis 2018/2019 mövsümünün dövrələrarası fasilə vaxtında bu vəzifəyə təyin olunmuşdu.

Qeyd edək ki, A.Kocaman bundan əvvəl 2 dəfə- 2005-2006, 2014-2017-ci illərdə də "Konyaspor"u çalışdırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.