İdman

"Milan"a keçmək üçün 5 dəqiqə ərzində qərar verdim" - Beqoviç

8 Fevral 2020 10:39
0 Şərh     Baxış: 1 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"5 dəqiqə sonra qərar verdim. Çox seçimim var idi, amma "Milan"dan zəng gəldi və dünyanın ən böyük klublarından birində oynamaq şansım oldu. Bu fürsət əlimə düşən kimi dərhal qəbul etdim".

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç BBC-yə müsahibəsində deyib. 32 yaşlı bosniyalı qolkiper "Milan"a keçidi ilə yanaşı komanda yoldaşı Zlatan İbrahimoviç haqda da danışıb:
 
"Milan" liderliyə və təcrübəyə ehtiyacı olan gənc komandadır. Həm meydanda, həm də kənarda öz töhfəmi vermək üçün buradayam. Zlatan isə kollektivə liderlik gətirdi. Möhtəşəm insandır və çox peşəkardır. Hər kəs üçün nümunədir. O, hamını əllərindən gələnin ən yaxşısını etməyə məcbur edir".

Qeyd edək ki, müqavilə ilə "Bornmut"a məxsus olan A.Beqoviç mövsümün birinci yarısını icarə əsasında "Qarabağ"da keçirib. Ötən ay "Milan"a da icarə ilə keçən qapıçı  mövsümün sonunadək İtaliya təmsilçisində çıxış edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.