İdman

"Xal fərqinə baxanda özümü çimdikləyirəm" - "Liverpul"un prezidenti

7 Fevral 2020 17:54
0 Şərh     Baxış: 1 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Premyer Liqanın lideri "Liverpul"un prezidenti Tom Verner açıqlama verib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, klub rəhbəri xal fərqinin böyük olmasına inanmadığını deyib:

"Xal fərqinə baxanda inanmıram. "Bu doğrudur?" - deyərək, özümü çimdikləyirəm. Buna baxmayaraq, qazandığımız titul yoxdur. Bu performansı qorumalı və rekorda doğru getməliyik. Bundan əlavə, bu tip qələbə seriyasının hər zaman belə olmayacağını da anlayıram.

Premyer Liqada mübarizə səviyyəsi olduqca böyükdür. Sıx qrafikdən oyunçulara istirahət verə bilmirik. Yurgen Klopp və futbolçuları böyük iş görürlər. Sıx qrafikə baxmayaraq, hər oyun möhtəşəm performans sərgiləyirik. Ancaq hələ nəsə əldə etməmişik. Mövsümün sonunda əldə etdiklərimiz barədə danışmaq daha yaxşı olar. Klopp da mənimlə eyin fikirdədir".

Premyer Liqada turnir cədvəlinə 73 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 51 xalla 2-ci yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.