"İnter"in hücumçusu Romelo Lukaku dünən A Seriyasının 22-ci turunda səfərdə "Udineze"yə vurduğu 2 qolla rekorda imza atıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu bu mövsüm 11 səfər matçında 12-ci qolunu vurub. Lukakudan əvvəl heç kim belə bir məhsuldarlıq göstərməmişdi.
Qeyd edək ki, 26 yaşlı hücumçu bu mövsüm "İnter"də 16 qol vurub və 2 məhsuldar ötürmə edib.
Milli.Az