İdman

Gürcüstan gimnastı: "Bakıda özümü evdəki kimi hiss edirəm"

3 Fevral 2020 16:55
Baxış: 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mən Milli Gimnastika Arenasında yaradılan məşq imkanına görə Azərbaycan Gimnastika Federasiyasına minnətdaram.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda təlim-məşq toplanışlarında iştirak edən Gürcüstan gimnastı Salome Pajava deyib.

O, Bakıda özünü rahat hiss etdiyini bildirib:

"Bakıda özümü evdəki kimi hiss edirəm. Tezliklə yeni mövsüm başlayır. Gələn həftə Moskva Qran-prisi keçiriləcək. Azərbaycanda mənə bu və digər yarışlara yüksək səviyyədə hazırlaşmağım üçün imkan yaradıblar. Məni qarşıda 2020-ci il Olimpiya oyunları üçün lisenziya xarakteri daşıyan yarışlar gözləyir. Ona görə də mənə bu cür gözəl şərait yaratdığı üçün Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm".

S.Pajava Azərbaycan gimnastlarının yüksək hazırlıq səviyyəsini də qeyd edib:

"Biz azərbaycanlı gimnastlarla tez-tez qarşılaşırıq, onlar ciddi rəqiblərdir. Mən qızları ötən il dünya çempionatında uğurlu çıxışları münasibətilə təbrik edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.