İdman

Şəhriyar xəstəliyinə görə mübarizəni dayandırmasından yazdı

3 Fevral 2020 21:39
2 Şərh     Baxış: 2 325
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Millimizin qrossmeysteri Şəhriyar Məmmədyarovun Cəbəllütariqdə keçirilən "Gibraltar Masters" turnirində mübarizəni səhhətində yaranan problemə görə dayandırması barədə xəbər vermişdik.  

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, şahmatçımız durumu ilə bağlı feysbuk hesabında paylaşım edib. 

Şəhriyar bildirib ki, allergik xəstəliyinə görə yarışı davam etdirə bilməyib: "Təəssüflər olsun ki, Cəbəllütariqdə allergik xəstəlik keçirdim. Bu səbəbdən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım. Təşkilatçılara minnətdaram. Artıq buranı tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.