İdman

"Ağsu" birinci diviziondan uzaqlaşdırıldı

29 Yanvar 2020 15:08
0 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ağsu" futbol klubu birinci diviziondan uzaqlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
 
Klub rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini Peşəkar Futbol Liqasına yazılı şəkildə bildirib. Vəziyyəti nəzərə alan PFL "Ağsu" futbol klubunu Azərbaycan birinci divizionundan kənarlaşdırmağı qərara alıb.
 
Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.