İdman

"Qarabağ" "Visla"ya uduzdu

25 Yanvar 2020 20:42
0 Şərh     Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" bu gün ikinci, Antalya toplanışı çərçivəsində isə sonuncu yoxlama matçına çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu Jakub Jezniçakın hazırkı klubu "Visla" (Polşa)  ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın qollarını Mahir Emreli (18-pen.) və Xaymer Romero (52) vurub.

Qeyd edək ki, "Qarabağ" günün ilk sınaq matçında Çexiya təmsilçisi "Siqma"ya uduzub - 1:3.

Xatırladaq ki, "Qarabağ" bunadək 2 yoxlama oyunu keçirib.  Rumınyanın "Akademiya Klinçeni"si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın "Jetisu"sunu minimal fərqlə  üstələyib - 1:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.