İdman

“Liverpul”da ciddi itki

24 Yanvar 2020 12:36
0 Şərh     Baxış: 1 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində "Vulverhempton"a 2:1 hesabı ilə qalib gələn "Liverpul" ciddi itki ilə üzləşib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "qırmızılar"ın hücumçusu Sadio Mane zədələnərək, meydanı erkən tərk edib. Oyunun 33-cü dəqiqəsində Takumi Minamino ilə əvəzlənən seneqallı futbolçunun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək. Komandanın baş məşqçisi Yurgen Klopp futbolçunun vəziyyəti ilə bağlı bunları deyib:

"Zədənin dəqiq nə olduğunu bilmirik. Problem əzələdədir. Hazırda Manenin vəziyyətini bilmirik, tibbi müayinəni gözləməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.