İdman

Transferdə rekord göstərici - Premyer Liqa zərərə uğradı

23 Yanvar 2020 10:37
0 Şərh     Baxış: 2 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FİFA Beynəlxalq Transfer Araşdırma Mərkəzinin  (ITMS) məlumatına görə, ötən il  transferdə xərclənən vəsait rekord həddə çatıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, 2019-cu ildə klubların etdiyi transfer ötən ilə nəzərən 9,1 faiz artıb.

Məlumatda bildirilir ki, 2019-cu ilin yanvar ayından dekabradək klublar transfer üçün 7,35 milyard dollar pul ayırıb. Oyunçular üçün ödənənən kompensasiyanın 80 faizi klublar tərəfindən qarşılanıb.

Portuqaliya klubları isə transfer dönəmində 384 milyon dollar qazanc əldə ediblər. İngiltərə Premyer Liqa təmsilçiləri isə 549,9 milyon dolar zərərə uğrayıb.

Qeyd edək ki, 2019-cu ildə edilən transferlərin dörddə birini 18 yaşından aşağı oyunçular təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.