İdman

"Komandanın qarşısına konkret məqsəd qoyulub" - Joze Alesio

23 Yanvar 2020 08:18
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün oyuna daha yaxşı köklənmişdik. Çünki dünən keçirdiyimiz ilk matçda çoxlu səhvlərə yol vermişdik. Bunu analiz edib, səhvlərimizdən nəticə çıxarmağa çalışdıq. Təbii ki, oyundan əvvəl söhbətimiz oldu. Oyunumuzla daha yaxşı hazırlaşdığımızı sübut etdik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Özbəkistanla yoxlama matçından sonra deyib.

Braziliyalı mütəxəssis 4:3 hesablı qələbəni belə şərh edib: "Yekun heyətlə bağlı qərarımı sabah verəcəm. Buradakı futzalçılardan 12-si bizimlə Xorvatiyaya yollanacaq. Daha 2 oyunçu Osiek şəhərinə gələcək. Bizi çətin oyunlar gözləyir. Komandanın qarşısına konkret məqsəd qoyulub. Hədəfə doğru irəliləməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.