İdman

Poqba transferə çıxarıldı

12 Yanvar 2020 15:05
0 Şərh     Baxış: 1 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted" yarımmüdafiəçisi Pol Poqbanı satmağa razılıq verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Fransa millisinin üzvünün transfer qiymətini də açıqlayıb.

Bu mövsüm zədələr səbəbindən komandaya xeyir verməyən 26 yaşlı orta sahə oyunçusunun satışından ingilislər 150 milyon avro gəlir götürmək niyyətindədir. Ulduz futbolçunun xidmətində maraqlı olan "Yuventus" və "Real Madrid" keçidi reallaşdırmaq istəyirsə, tələb olunan məbləği ödəməlidir.

Qeyd edək ki, Pol Poqbanın müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.