İdman

"Neftçi" Təbriz klubunun kapitanını transfer etdi

11 Yanvar 2020 11:32
0 Şərh     Baxış: 1 157
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Neftçi" heyətini gücləndirib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, İrandan olan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahan ilə 1,5 il müddətinə müqavilə bağlanıb.

Sonuncu klubu "Maşinsazi"nin (2016-2017, 2019) kapitanı olmuş Saman İranın "Naft Tehran" (2012-2013), "Gostareş Fulad " (2012-2013, 2013-2016, 2017-2018), "Traktor" (2014-2016), "Persepolis" (2017) və "Peykan" (2018-2019) klublarında çıxış edib. İran çempionatının qalibi (2017) olmuş futbolçu İran U-23 milli komandasında (2012) 6 oyun keçirib, 1 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.