İdman

Millimiz Bolqarıstana qarşı

9 Yanvar 2020 13:55
0 Şərh     Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün ikinci oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, A qrupunda yer alan Vasif Talıbovun komandası Bolqarıstanla üz-üzə gələcək. Bu, rəqibin qrupda son oyunu olacaq. Bolqarıstan ilk turda Polşaya 1:3, II turda isə meydan sahibi Niderlanda 0:3 hesabı ilə uduzub.

Komandamız isə ilk turda Niderlanda 0:3 hesabı ilə məğlub olub.

Qrupun digər görüşündə Niderland Polşa ilə qarşılaşacaq.

9 yanvar

19:00. Bolqarıstan - Azərbaycan
Apeldorn (Niderland), "Omnisport" salonu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.