İdman

Emre Can Bundesliqa yolunda

5 Yanvar 2020 17:36
0 Şərh     Baxış: 982
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Borussia Dortmund" "Yuventus"dan Emre Canı transfer etmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Benfica"ya satdığı Yulian Vayqlın yerini alman yarımmüdafiəçi ilə doldurmaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Yuventus"da az şans qazanan Emre də komandanı tərk etməyə müsbət yanaşır. "Borussia"nın yaxın zamanda Turin təmsilçisi ilə ilkin müzakirələr aparacağı bildirilir.

Bu mövsüm "Yuventus"la 7 oyuna çıxan 25 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.