İdman

“Trabzonspor”un yeni baş məşqçisi müəyyənləşdi

2 Yanvar 2020 19:54
0 Şərh     Baxış: 749
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ünal Karamanla yollarını ayıran Türkiyənin "Trabzonspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Qaradəniz təmsilçisini Karamanın köməkçisi Hüseyin Çimşir çalışdıracaq. Bunu  Türkiyə mətbuatına açıqlamasında klub prrzidenti Əhməd Ağaoğlu deyib.

"Trabzonspor"un sabiq futbolçusu məşqçilik karyerası ərzində "Akhisarspor", "Kayseri Ərciyyəspor", "Osmanlıspor", "Trabzonspor"da köməkçi-məşqçi kimi çalışıb.

Çimşir yanvarın 5-dən "Trabzonspor"dakı yeni vəzifəsinə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.