Aeroportda taksi dəyişikliyindən sonrakı vəziyyət - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Beynəlxalq Aeroportunda bir aydan çoxdur davam edən taksi problemi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə aeroport ərazisində kütləvi şəkildə taksi axtaran, dəqiqələrlə gözləyən müştərilərin videoları da yayılıb.
Milli.Az xəbər verir ki, İTV-yə danışan sürücülərin sözlərinə görə, hava limanının ərazisinə daxil olduqları an tətbiqlər üzərindən sifariş almaq imkanı itir. Sistemdə ya texniki xəta baş verir, ya da tətbiq, ümumiyyətlə, fəaliyyət göstərmir.
Onlar qeyd edir ki, hava limanında yalnız seçilmiş şirkətə aid olan taksi xidməti vasitəsilə müştərilərin daşınmasına icazə verilir. Bu isə onların qazancına mənfi təsir göstərir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri və onların sürücüləri üçün qanunvericilikdə xüsusi tələblər müəyyən edilib: "Taksi operatorları ilə qurulmuş xüsusi əməkdaşlıq nəticəsində bu tələblərin tam tətbiq olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq müsbət nəticəsini göstərməkdədir. Bu çərçivədə Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində sərnişinlərə nümunəvi xidmətin təmin olunması məqsədilə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilməsinin vacibliyi taksi operatorlarının diqqətinə bir daha çatdırılıb. Qeyd olunan taksi şirkətləri məsuliyyətlərini qəbul edərək AYNA ilə birlikdə bu istiqamətdə əlavə tədbirlərin icrasına başlayıb".
Daha ətraflı videomatrealda:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
-
Salyanda məktəbə “Molotov kokteyli” atıldı
-
Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq
-
Oktyabrın son gününə olan hava proqnozu açıqlanıb
-
Hacı Nazim: "1 həftə idi nişanım olmuşdu, atamı toya yola saldıq, pilləkandan yıxılıb öldü" - (Video)
-
Zaur Rzayevin oğlu: "Bu, atamın vəsiyyətidir, hörmətlə yanaşın"
XƏBƏR LENTİ
-
Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
-
Salyanda məktəbə “Molotov kokteyli” atıldı
-
Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq
-
Bəzi həkimlərə xüsusi rütbələr veriləcək
-
Oktyabrın son gününə olan hava proqnozu açıqlanıb
-
Hacı Nazim: "1 həftə idi nişanım olmuşdu, atamı toya yola saldıq, pilləkandan yıxılıb öldü" - (Video)
-
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
Zaur Rzayevin oğlu: "Bu, atamın vəsiyyətidir, hörmətlə yanaşın"
-
Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
Azərbaycanda yeni qurum yaradılır
-
Maaşımızı istədiyimiz bankdan ala biləcəyik - Tarix açıqlandı
-
Küləkli havada çalışanlara şad xəbər
-
Azərbaycanda məktəb direktoru xadimənin attestatını 500 manata satdı
-
"Milan" və "İnter"in yeni stadionunun adı bəlli oldu - (Foto)
-
Vüqar Əhmədov Mikayıl Cabbarovun müşaviri oldu
-
Zaur Rzayevin dəfn yeri açıqlandı
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Elgiz Əkbər: “Heç sərçə də atmadılar” - (Video)
-
Bakının 5 ərazisində yeni dəmir yolu stansiyaları tikiləcək
-
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib
-
Salahın qarşısına daha bir Salah çıxdı
-
İran bunu etsə, “kiberqiyamət” olacaq
-
TFF-dən "Fənərbağça" və "Qalatasaray"ın futbolçusuna ağır cəza
-
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq





