Manchester United-ın sabiq ulduzu Henrix Mxitaryan, yazdığı avtobioqrafiyada məşqçi Joze Mourinyo ilə yaşadığı gərginliyi ilk dəfə açıqlayıb. Futbolçu bildirib ki, Mourinyo ona uzun müddət psixoloji təzyiq göstərib və sonda komandadan qovulmasına səbəb olub.
Milli.Az xəbər verir ki, Mxitaryanın dediyinə görə, Old Trafford-da keçirilən məşqdən sonra tərəflər arasında gərgin dialoq yaşanıb:
Mxitaryan Mourinyoya: "Bir ildən çoxdur məni daimi olaraq tənqid edirsiniz. Artıq bəsdir!"
Mourinyo qəzəblə cavab verib: "Sən bir zibilsən!"
Mxitaryan isə özünü ələ ala bilməyərək: "Əsl zibil sizsiniz, həm də sözün əsl mənasında!" deyib.
Bu sözlərdən sonra Mourinyo "Rəddol buradan, səni bir daha görmək istəmirəm" deyərək futbolçunu heyətdən uzaqlaşdırıb.
Mxitaryan yazıb ki, bu hadisədən sonra Mourinyo onunla şəxsən danışmayıb, əvəzində hər gecə WhatsApp-da eyni mesajı göndərib:
"Miki, sən Allah, get."
Futbolçu isə hər dəfə eyni cavabı göndərirmiş:
"Uyğun klub tapsam gedəcəyəm. Əks halda yay transfer pəncərəsini gözləyəcəyəm."
Bir müddət sonra Mourinyo mesajının məzmununu belə dəyişib:
"Miki, get ki, Aleksis Sançesi gətirə bilim."
Mxitaryan isə bunu rədd edərək cavab verib:
"Sizi sevindirmək üçün getməyəcəyəm. İstəyirsinizsə menecerim Mino Rayola ilə danışın."
O dövrdə mətbuatda yayılan xəbərlərə görə, Mourinyo Arsenaldan Aleksis Sançesi transfer etmək üçün Mxitaryanın komandadan ayrılmasını şərt qoymuşdu. Bu tələb iki tərəf arasında münasibətləri tamamilə zədələdi. Nəticədə Mxitaryan Arsenal-a transfer olundu və Mourinyonun United dönəmi də qalmaqallarla yadda qaldı.
Henrix Mxitaryan Manchester United formasında ümumilikdə:
63 oyun
13 qol
11 asist ilə yadda qalıb - cəmi 24 qol epizodunda pay sahibi olub.
Lalə Qüdrətova
Milli.Az