Hadisə

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

10 Oktyabr 2025 16:04
Baxış: 8 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb.

Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə ("rezak"la) polis əməkdaşlarına müqavimət göstərib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.

Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq hərəkətləri aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.