Dünya

ABŞ hərbçiləri İsrailə gəlməyə başlayıblar

11 Oktyabr 2025 15:42
Baxış: 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hərbçiləri Qəzza zolağında atəşkəsin yerinə yetirilməsinə nəzarət məqsədilə yaradılan mülki-hərbi koordinasiya mərkəzinin bir hissəsi kimi İsrailə gəlməyə başlayıblar.

Milli.Az xəbər verir ki, bu barədə CNN telekanalı Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail ərazisində təxminən 200 nəfərlik ABŞ hərbi kontingenti yerləşdiriləcək. Onların əsas missiyası atəşkəs razılaşmasının humanitar və logistika ilə bağlı müddəalarının icrasına nəzarət etmək, humanitar yardımın bölgəyə çatdırılmasını təmin etmək və təhlükəsizlik məsələlərinə dəstək vermək olacaq. Bundan əlavə, Qəzzada mülki idarəetmənin təşkili ilə bağlı səylərin izlənilməsi də onların funksiyaları sırasındadır.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.