"Real Madrid"in hücumçusu Kilian Mbappe Fransa millisinin Azərbaycana qarşı cümə günü keçirilən oyununda zədələnib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Mbappe matçın 82-ci dəqiqəsində Florian Thauvin ilə əvəz olunub.
Futbolçu Fransa yığmasının düşərgəsini tərk etməyə məcbur olub və bərpa prosesi üçün "Real Madrid" klubuna qayıdacaq.
Fransa millisinin baş məşqçisi Didye Deşam zədənin dərəcəsini açıqlayıb. Məlumata görə, Mbappe zədəsini eyni topuq nahiyəsindən alıb ki, bu da onun "Real Madrid"dəki "Vilyarreal"la oyunundan sonra problem yaşadığı yerdir.
Baş məşqçi və tibbi heyət zədənin ciddi olduğunu, lakin dəqiq bərpa müddətinin futbolçunun müayinəsindən sonra müəyyən ediləcəyini bildiriblər. Mbappe-nin zədəsi Fransa millisinin oktyabr oyun planına təsir edə bilər.
Qeyd edək ki, Parisdəki "Park de Prens" stadionda baş tutan matç Fransanın 3:0 hesablı qələbəsi ilə bitib. Fransızların heyətində Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) fərqləniblər.
Fidan
Milli.Az