Ünal Karamanla yollarını ayıran Türkiyənin "Trabzonspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Qaradəniz təmsilçisini Karamanın köməkçisi Hüseyin Çimşir çalışdıracaq. Bunu Türkiyə mətbuatına açıqlamasında klub prrzidenti Əhməd Ağaoğlu deyib.
"Trabzonspor"un sabiq futbolçusu məşqçilik karyerası ərzində "Akhisarspor", "Kayseri Ərciyyəspor", "Osmanlıspor", "Trabzonspor"da köməkçi-məşqçi kimi çalışıb.
Çimşir yanvarın 5-dən "Trabzonspor"dakı yeni vəzifəsinə başlayacaq.
Milli.Az