İdman

"Digər təkliflərdən danışmağın mənası yoxdur" - Prosineçki

2 Yanvar 2020 12:42
0 Şərh     Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vəziyyət ideal deyil, sonuncuyuq. Bura "Kayserispor"u liqada saxlamaq üçün gəlmişəm".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Kayserispor"un yeni baş məşqçisi Robert Prosineçki Türkiyə klubuna təyinatı haqda danışarkən deyib.

Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində Superliqanın sonuncu pilləsində olan Kayseri təmsilçisi ilə yaya qədər işləmək üçün razılığa gəldiyini bildirib: "Daha sonra nələr olacağını görəcəyik. Bu, özümüzü vəziyyətdən necə qurtaracağımızla bağlıdır".

Azərbaycan millisinə qayıdacağı deyilən 50 yaşlı çalışdırıcı digər təklifləri haqda danışmaq istəmədiyini qeyd edib: "İndi digər təkliflərdən danışmağın mənası yoxdur. Çünki "Kayserispor"u seçmişəm. Bundan sonra komandanı Superliqada saxlamağı düşünəcəyik. Komanda əvvəlki illərlə müqayisədə  liderlik səviyyəsindən uzaqdır. İndi heyət daha zəifdir, amma dəyişiklik edilməsi üçün danışımışıq. Dərhal hərkətə keçməli, bizi gücləndirəcək və çempionatda saxlayacaq oyunçuları almağa çalışmalıyıq".

Xatırladaq ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. O, 2012-2013-cü illərdə isə "Kayserispor"un baş məşqçisi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.