İdman

Emil Balayev ən yaxşı 3 qapıçıdan biridir

29 Dekabr 2019 15:12
0 Şərh     Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında ən çox seyv edən qapıçılardan biridir.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Balayev son mövsümdə 29 qurtarışla ilk "3-lük"də qərarlaşıb. 

Bu barədə Kostanay təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Emil, yalnız Karaqanda "Şaxtyor"unun qapıçısı İqor Şatski (31) və "Astana"nın qolkiperi Nenad Eriçdən (34) geri qalıb.

25 yaşlı qapıçı son mövsümdə Qazaxıstan çempionatında keçirdiyi 31 oyunun 18-də qapısını toxunulmaz saxlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.